Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, yay mövsümündə ölkə daxilində turizm obyektlərində qiymət artımı gözlənilir. Ekspert bildirib ki, xüsusilə kirayə evlər, kotteclər və hotellərin qiymətlərində artım müşahidə olunacaq.
Pandemiyadan əvvəl 30-40 manat olan qonaqlama evlərinin qiyməti hazırda 100-150 manat arasında dəyişir. Yeni tikilən kiçik hotelsayağı evlər isə 1 günlük 250-400 manat aralığında kirayə verilir. Hotellərin qiymətləri isə əsasən 100-250 manat arasında dəyişir.
Vüqar Oruc qeyd edib ki, qiymət artımına səbəb kimi turizmə tələbatın artması, xidmət sahəsində əməkhaqlarının yüksəlməsi və inflyasiya amilləri göstərilə bilər. Onun fikrincə, qiymətlər beynəlxalq səviyyəyə uyğunlaşdırılırsa, xidmətin keyfiyyəti də bu səviyyəyə qaldırılmalıdır.