VECON CONSULTING Qiymətləndirmə şirkəti Xəzər...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

"VECON CONSULTING" Qiymətləndirmə şirkəti "Xəzər" Milli Mükafatı ilə təltif olundu.

Dünən Bakı Biznes Mərkəzində "Xəzər" Milli Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatları, yüksək rütbəli məmurlar, ictimai xadimlər, TV - lər və KİV - lər iştirak edib.

Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Günay Malikqızı bildirib ki, Sosial Media Mərkəzi "Azərbaycan - Fransa Məzunları" İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq hər ilin yekununda öz fəaliyyəti ilə seçilən şəxsləri təltif edir və onlara mükafatlar təqdim edir.

Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyevin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd ölkəmizin inkişafına öz tövhəsinə verən şəxsləri stimullaşdırmaq, onları bu istiqamətdə fəaliyyətə ruhlandırmaqdır: "Təltif olunanlar arasında millət vəkilləri, məmurlar, rektorlar, ictimaiyyət fəalları, TV və mətbuat orqanları, o cümlədən gənclər var".