Vüqar Oruc: Bakıda mənzillər 1 - 1.2% bahalaşıb...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: Bakıda mənzillər 1 - 1.2% bahalaşıb.

Bakı və Abşeron yarmadası ərazisində tədris ilinin başlanmasından sonra yəni avqust, sentyabr aylarında kirayə bazarında 5-7% arasında artımın şahidi olduq. Alqı - satqı bazarında da bazara təklif qiymətlərinin həmin dövr üçün 2.5 -3% arasında bahalaşmanı müşahidə etdik.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, "VECON CONSULTING" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

Onun sözlərinə görə bu proses hələ də davam etməkdədir. Yenə də biz 1 kv. metrin mühüm bahalaşmanın olduğunu müşahidə edirik. Daşınmaz əmlak bazarında mənzilin bazara təklif qiymətlərinin oktyrabr ayında da təqribən 1-1.2% həcmində artıb.

Vüqar Oruc daşınmaz əmlak bazarında bahalaşmanı stimullaşdıran səbəbləri də açıqlayaraq "Pandemiya məhdudiyyətləri nisbətən yumşaldıldıqdan sonra iqtisadi sistemdə müəyyən dinamizm yarandı və iqtisadi normalaşma mərhələsinə qədəm qoyuldu. Bununla eyni zamanda İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üçün ayırmalarının da bazara mühüm təsiri oldu. Qapanmaların aradan qaldırılması vətəndaşlara güzəştli kreditlərlə mənzil əldə etmələri üçün şərait yaradılması daşınmaz əmlak bazarında müəyyən canlanmaya səbəb olub. Ali təhsil müəssisələrinin birbaşa tədrisə keçməsi tələbələrin regionlardan Bakıya axınını canlanmaya səbəb olaraq kirayə bazarına öz təsirini göstərib. Bu amillər daşınmaz əmlak bazarının həm kirayə həm də alqı - satqı sektorunda qiymətlərdə artıma gətirib çıxardı" - deyə qeyd edib.