Bakıda mənzillərin qiyməti bahalaşıb...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Dekabr ayı ilə müqaisədə yanvar ayında daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edirik.

Bunu "Fins.az" - a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, "VECON CONSULTING" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

O bildirib ki, bu artımın əsas səbəbi bütün istiqamətlərdə müşahidə edilən bahalaşmadır. Bu prosesin davamlı olması və qiymətlərdə ciddi bahalaşmanın müşahidə edilməsi gözlənilir. Qiymət artımına səbəb olan amillərdən biri də ötən ilin sonunda enerji daşıyıcılarının o cümlədən yanacağın qiymətinin bahalaşması son nəticədə daşınmaz əmlaka da öz təsirini göstərir.

Vüqar Oruc bahalaşmaya səbəb olan amilləri açıqlayarkən "Daşınmaz əmlak bazarının ən çox mənzil seqmentində ciddi qiymət artımının şahidi oluruq. Bu isə onunla əlaqədardır ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ötən illlərə nəzərən bu il daha böyük məbləğdə 2021-ci il üçün bazara kredit maliyyəsi daxil etdi. Bu artım daşınmaz əmlak bazarının mənzil seqmentində ciddi fəallığın artmasına səbəb olub" - deyə qeyd edib.

O, daşınmaz əmlak bazarında bahalaşmanın nə qədər davam edəcəyini də açıqlayaraq "Bahalaşma hazırda da davam edir. Bazarda davam edən bahalaşmanı stimullaşdıran amillərdən biri də yüksək inflyasiya və qiymətlərin manatla ifadədə daha çox artımdır" - deyə bildirib.