Vüqar Oruc: Bakı şəhərindəki söküntü işləri qiymətlərə təsir edəcək



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Bakı şəhərində həyata keçirilən söküntü və köçürülmə işlərinin qiymətlərə təsiri barədə danışıb. O, açıqlamasında bildirib ki, bu layihələr Bakı şəhərinin baş planına əsasən, şəhərin infrastrukturunun yenidən qurulmasını və yaşıllıq sahələrinin artırılmasını nəzərdə tutur.

Vüqar Oruc, şəhərdə sıxlığın artdığına diqqət çəkərək, şəhərin kənar ərazilərə doğru böyüdülməsi və inkişafı üçün planların olduğunu bildirib. "Yeni tikililər inşa edilərkən, şəhərin memarlıq siması qorunmalı, tarixi binalar isə toxunulmaz qalmalıdır", – deyə AQC sədri qeyd edib. O, həmçinin, ilkin mərhələdə 300-ə yaxın binanın söküləcəyini, artıq bu binaların müəyyən edildiyini və tender elanlarının verildiyini vurğulayıb.

Vüqar Oruc əlavə edib ki, infrastruktur inkişaf etdikcə, qiymətlərin artması qaçılmaz olacaq. "Yaşıllıq sahələri artır, nəqliyyata əlçatanlıq təmin olunur, bu da qiymətlərin artımına səbəb olur", – deyə o qeyd edib.